Qanunsuz ov edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 7-13 fevral 2022-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov AFN.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Şabran şəhər sakini Musa İsmayılov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 250 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Mirhasil Həsənov saxlanılıb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu