Rusiya fevralın 24-də hücuma başlayacaq - rəsmi açıqlama
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya fevralın 24-də - Ukraynanın işğalının ildönümündə kütləvi hücum planlaşdırır.
AFN.az xəbər verir ki, Danilov Ukraynanın zərbələrə hazır olduğunu və bu günün öhdəsindən gələcəyini əmin edib. "Biz buna hazırıq. Güman edirəm ki, bir gündə 115-120 raket zərbəsi aldıqdan sonra artıq hücumların nə olduğunu anladıq. Bu günün də öhdəsindən gələcəyik. Bəli, çətin olacaq, hazırlaşmaq lazımdır. Amma biz mümkün qədər sakit olmalıyıq. Anlamalıyıq ki, hər şeyin öhdəsindən gələcəyik”, - Danilov bildirib.
Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, yay aylarında istər ümumilikdə cəbhədə, istərsə də müəyyən sahələrdə tam fərqli vəziyyət yatanacaq. "Ukrayna əsgərləri güclü və yekdildir. Digər tərəfdən, işğalçıların nə motivasiyası, nə də nə üçün vuruşması ilə bağlı izahatları var.
“İndi onların “yeni torpaqlar” ifadəsi var. Birincisi, bu, yeni deyil, bizim köhnə torpaqlardır və biz onları sizə verməyəcəyik. İkincisi, müharibədən sonra görəcəyik, kimin torpağı olacaq. Mən yenə də vurğulayıram: Rusiya Federasiyasının mövcud olduğu indiki quruluşu dağıdılacaq. Əks halda, bu, təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə yaradacaq. Bunu ağlı olan bütün insanlar anlayır”, - Danilov bildirib.
M.Vahidli