Təhlükəsizlik Şurası: “Taktiki təşəbbüs tədricən Ukraynaya keçir”
"Ukrayna milli müqavimətinin yeddinci günü! Dünən düşmən bütün cəbhələrdə güclü cavab zərbəsi alıb, ona görə də o, yenidən qruplaşmaq və əlavə ehtiyatı səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçməyə başlayır”.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb.
“Rusiya işğalçılarının strateji hədəfləri kimi əsas şəhərlər - Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna hakimiyyətinin nəzarəti altındadır. Nikolayev və Sumun mühasirəyə almaq və ələ keçirmək üçün böyük resursların cəmləşməsinə baxmayaraq, bu şəhərlər müdafiə xəttini uğurla saxlayır”, - O.Danilov söyləyib.