Panamada miqrantları daşıyan avtobus qəzaya uğradı: azı 33 nəfər ölüb


Panamada 60-dan çox miqrantı daşıyan avtobus qəzaya uğrayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 33 nəfər həlak olub. Bildirilir ki, miqrantları daşıyan avtobus Kosta-Rika ilə həmsərhəd olan qərb sahilindəki Çiriki əyalətində yerləşən sığınacağa doğru gedirmiş.

Qəza ilə bağlı mətbuata açıqlama verən Panama miqrasiya departamentinin direktor müavini María İsabel Saraviahəlak olanların milliyyətini açıqlamayıb.

Prezident Laurentino Kortiso Tvitter hesabında "Panama hökuməti yaralılara tibbi yardım göstərir" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu