Aİ Ukraynada müharibədə iştirak edən İran təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcək


Aİ ilk dəfə olaraq Ukraynada "münaqişədə iştirak edən" İran iqtisadi operatorlarına qarşı sanksiyalar təklif edəcək.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. Xanım Leyen Strasburqda avropalı millət vəkilləri ilə görüşündə deyib: “Biz ilk dəfə olaraq İran təşkilatlarına, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olanlara qarşı sanksiyalar təklif edirik”. Aİ rəhbərinin sözlərinə görə, ümumi dəyəri 11 milyard avro olan 10-cu sanksiyalar paketi yeni ticarət qadağalarını və dron, helikopter, raketlər də daxil olmaqla texnologiyaya ixrac nəzarətini hədəf alacaq.

Qeyd edək ki, İran Qərbin Rusiyaya Ukraynadakı hərbi münaqişə zamanı istifadə edilən dronları ötürməkdə ittihamını rədd edir. Halbuki Ukraynada artıq onlarla İran PUA-sı zərərsizləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu