Ukraynada əkin sahələri azalacaq


Ukraynada bu il əkin sahəsi müharibədən əvvəlki göstərici ilə müqayisədə 7 milyon hektar azalacaq.


Bu barədə brifinq zamanı Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin Aqrar İnkişaf Departamentinin direktoru İqor Viştak məlumat verib .
"Biz aydın başa düşürük ki, təkcə struktur deyil, həm də əkin sahəsi dəyişir. Əgər 2021-ci ildə əkin sahəsi 29 milyon hektara yaxın idisə, cari il üçün proqnoz 22 milyon hektara yaxındır", - o deyib.
Viştak əlavə edib ki, gübrələrin verilməsinin həcmi də azalacaq. Bu da ümumi məhsuldarlığa təsir edəcək.
"Daxili istehlak üçün, təbii ki, biz bütün ərzaq qrupları ilə təmin edəcəyik... Amma ixrac potensialında dəyişiklik gözlənilir. Xüsusilə, qarğıdalı çox az səpiləcək, halbuki o, əsas dənli bitkilərdən biridir. ixrac edilir”, - deyə şöbə müdiri bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu