Moldovada təxribatlar hazırlanır - prezident açıqladı


Moldova Prezidenti Maya Sandu ölkəsinə hücum hazırlandığı barədə bəyanat verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Sandu yaxın gələcəkdə bəzi dövlət binalarına hücum edilməsi, girov götürülməsi üzrə hərbi təlim keçmiş diversantların iştirakı ilə hücum planı haqda məlumatı olduğunu bildirib. "Qondarma müxalifət Kişineuda hakimiyyəti dəyişmək istəyir" - deyə prezident qeyd edib.

Maya Sandu parlamenti çağırış edərək, xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyi istəyib: “Bu, informasiya və təhlükəsizlik xidmətinə, prokurorluğa ölkənin təhlükəsizliyinə qarşı risklərin öhdəsindən gəlmək imkanı verəcək”.

Moldova prezidenti bildirib ki, təxribatın məqsədi ölkəni Rusiyanın sərəncamına vermək üçün konstitusiya quruluşunu devirməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu