Zəlzələdə uçan binalarda dəniz qumundan istifadə edilibmiş


Türkiyədə baş verən və böyük dağıntılara səbəb olan zəlzələnin nəticələri ilə bağlı yeni detallar məlum olub.


Zəlzələdən sonra axtarış-xilasetmə işlərinə qatılmaq üçün Kocaelidən Hataya gedən tikinti işləri ilə məşğul olan könüllülər sökülərək dağıntıya çevrilən binaların tikintisində dəniz qumunun istifadə edildiyini müəyyən ediblər.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Zəlzələlərdən sonra bütün Türkiyə axtarış-xilasetmə işlərində iştirak etmək üçün səfərbər oldu.

Kocaeli könüllüləri 5 nəfəri dağıntılar altından sağ çıxarıb. Könüllülər qeyd ediblər ki, adətən qazılması 2-3 saat çəkən beton 10 dəqiqə ərzində açıla bilir. Qruplar üzərində işlədikləri 4 dağıntıdan dördünün inşasında dəniz qumundan istifadə edildiyini müəyyən ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu