Senatorlar “F-16”-ları Türkiyəyə verməməyə çağırdı


30-a yaxın ABŞ senatoru Prezident Baydeni İsveç və Finlandiyanın NATO üzvlüyünü ratifikasiya edənə qədər “F-16”-ların Türkiyəyə satışını təxirə salmağa çağırıb.


AFN.az xəbər verir ki, müraciəti Senatın Demokratlar və Respublikaçılar partiyalarından olan üzvləri imzalayıb. “Protokolların ratifikasiya edilməməsi və ya belə ratifikasiya üçün vaxt cədvəlinin təqdim edilməməsi Rusiyanın Ukraynaya əsassız işğalını davam etdirdiyi bir vaxtda, həlledici tarixi məqamda Alyansın birliyinə təhlükə yaradır” - deyə senatorların məktubunda bildirilir.
Məktubu imzalayan senatorlar Türkiyə ilə məhsuldar və qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin ABŞ-ın maraqlarına uyğun olduğunu yazıb: “İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolların hökumət tərəfindən ratifikasiyasını gözləyirik” - müraciətdə qeyd edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu