“Vosmoy bazarı”nda alış-veriş edən arvadını bıçaqladı


Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.


DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində yerləşən bazarda ("Vosmoy bazarı") olan zaman 1991-ci il təvəllüdlü Aytəkin Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib.

Araşdırmalarla hadisəni törədən şəxsin qadının əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.

Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

Araşdırma davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu