Türkiyə NATO-nun genişlənməsinə veto qoya bilər


Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair bu ölkələrin nümayəndələri ilə məsləhətləşmələri ləğv edib. Fevral ayına planlaşdırılan məsləhətləşmələr təxirə salınıb.


AFN.az xəbər verir ki, növbəti müzakirələrin tarixi açıqlanmayıb.
Qeyd edək ki, bu yaxınlarda İsveçdə sağçı ekstremistlərin “Qurani-Kərim”i yandırdığı mitinqə Ankara etirazını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra bu ölkələrin NATO-ya daxil olmasına veto qoymaq hüququndan istifadə edəcəyi barədə xəbərdarlıq edib:“Türkiyə Cümhuriyyətinə və ya müsəlmanların dini inanclarına hörmət göstərməsəniz, NATO məsələsində bizdən heç bir dəstək ala bilməyəcəksiniz”-deyə Ərdoğan bildirib.
Eyni zamanda, İsveç hökuməti Türkiyə hökuməti tərəfindən axtarışda olan dörd nəfər FETÖ-çunu ekstradisiya etmək barədə Ankaranın tələbini yerinə yetirməyib. İsveç hökuməti bildirib ki, həmin şəxslər ötən ilin avqust ayında məhkəmənin qərarı ilə siyasi sığınacaq alıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu