Azərbaycan erməni idmançının cəzalandırılmasını tələb edir


Azərbaycan Beynəlxalq Tennis Federasiyası və Rusiya Tennis Federasiyasından erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov barəsində tədbir görülməsini tələb edib.


AFN.az xəbər verir ki, Beynəlxalq Tennis Federasiyasına (WTF) göndərilən şikayət qəbul olunub.

Qeyd edək ki, Xaçanov bu yaxınlarda Avstraliya Açıq çempionatının dördüncü raundunda qalib gəldikdən sonra telekameralar qarşısında Azərbaycanın ərazi bütövlüyünə qarşı şovinist şüar nümayiş etdirinb. Erməni tennisçi “Sona qədər inanmağa davam edin. "Artsax" Bərk dayan!"-yazısını göstərib.
Avstraliya Açıq Çempionatının dördüncü raunduna yüksəldikdən sonra Xaçanov həm də videokamerada “Artsax, Bərk dayan!” yazısını qaldırıb.
“Belə halın təkrarlanmaması üçün tennisçi təxribat xarakterli hərəkətlərə görə cəzalandırılmalıdır”, - deyə Azərbaycan Tennis Federasiyasından bildirilib.
"Australian Open"da yarımfinala yüksələn idmançı oyun sonrası mətbuat konfransında bildirib ki, ona Qarabağ haqqında videokameradan yazmağı heç kim qadağan etməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu