Estoniya Rusiya səfirini qovdu


Rusiya Federasiyasının Estoniyadakı səfiri ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsindən sonra fevral ayından etibarən ölkəni tərk etməlidir.

AFN.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Urmas Reynsalu belə deyib. “Estoniya Rusiyanın diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarını nəzərə aldı. Estoniya Rusiya ilə münasibətlərdə paritet prinsipini rəhbər tutur və buna təkid edəcək. Bu o deməkdir ki, Rusiyanın Tallindəki səfiri Estoniyanın Rusiyadakı səfiri ilə eyni gündə, fevralın 7-də ölkəni tərk etməlidir”-deyə Reynsalu bildirib.
“Rusiyanın addımları artıq bir ilə yaxındır ki, öz suverenliyi və təhlükəsizliyi üçün mübarizə aparan Ukraynaya dəstəyimizi davam etdirməyimizə mane olmayacaq. Rusiya genişmiqyaslı hücumlar hazırlayarkən biz Ukraynaya yardım göstərməyə davam edəcəyik. Biz digər həmfikir ölkələri də Ukraynaya dəstəyini artırmağa çağırırıq”, -nazir əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu