"Cavanşir" körpüsü söküləcək? – Rəsmi


2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsünün söküləcəyi açıqlanmışdı.


AFN.az Baku.ws-ə istinadən xəbər verir ki, hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi.

Bildirilmişdi ki, körpü sökülüb yerində yeni yol çəkiləcək. 4 ildən çox müddət keçməsinə baxmayaraq, bu reallaşmayıb. Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda körpünün sökülməsi gündəmdə deyil:

"Belə bir təklif var idi. Hazırda həmin təklif gündəmdə deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu