İnternetdəki qanunsuz "qara əqrəb" elanları: zəhərinin litri 10 milyon dollardır


Torpaq əqrəbi dünyanın ən zəhərli heyvanlarından biridir
.

Zəhərinin satışı qadağan olsa da, qiyməti həddən artıq bahadır - litri 10 milyon dollar. Maraqlıdır ki, Türkiyədə bu əqrəbin cütü 7 min lirəyə satılır. Belə bir elana Türkiyənin satış saytlarında rast gəlinib. Elanı verən şəxs "Qara Əqrəblər... "Qadın-kişi yetkinləri (böyüklər) çox mehribandılar. Özüm toplamışam. Zəhər səviyyələri aşağıdır, amma onlara qulluq etmək keyflidir. Erkək gəncdirŞ hələ ömrü uzundur" - deyə bildirib. Təbiət Qoruma və Milli Parklar Ümumi Müdirliyi səlahiyyətliləri bildiriblər ki, satışına rast gəlinsə, heyvan başına 26 min 390 lirə cərimə tətbiq olunacaq.

Əqrəbin həmin növü Türkiyə, Azərbaycan, İran, İraq, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı dünyada yayılıb və dünyanın ən zəhərli canlıları arasındadır.

İsti və quru bölgələrdə, çöl və qəsəbələrdə, daşların altında, habelə xarabalıqlarda, tövlələrdə, axşamın qaranlığında otraya çıxan xüsusən də hörümçəklər və böcəklər, həşərat və çiyanlarla qidalanan bu heyvanların zəhərinin dəyərli olması, ondan bir sıra dərmanlarda istifadə edilməsidir.

Uzunluğu 8 santimetr, düz qara və ya qəhvəyi qara olan bu əqrəb növü Türkiyədəki sarı əqrəbdən sonra ən zəhərli əqrəbdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu