Bu gün meşə fondu torpaqlarında 8000-dən çox ağac əkilib


Respublika ərazisində son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.


AFN.az-ın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində 8000-dən çox ağac tingi əkilib.

"Yanvarın 1-dən 21-dək ötən müddət ərzində isə respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 000 ağac tingi əkilib, 3500 kq toxum səpilib".










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu