"Vaqner" beynəlxalq səviyyədə cinayətkar təşkilat kimi tanınacaq


Ağ Ev ABŞ Maliyyə Nazirliyinin Rusiyanın "Vaqner" qrupunu beynəlxalq cinayət təşkilatı kimi tanıyacağını açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə Anadolu xəbər yayıb.

Qeyd edək ki, "Vaqner" Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli olduğu bildirilən qeyri-rəsmi silahlı birləşmədir. Qrup üzvləri adətən ölkələrdə yerli hakimiyyətlərə qarşı mübarizələrdə iştirak edirlər. Son vaxtlar vaqnerçilərin adları Ukrayna müharibəsilə əlaqədar daha çox gündəmə gəlib. Ukraynada qeydə alınan ən qəddar döyüşlər və əməllər məhz bu qrupun adı ilə əlaqələndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu