Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırılıb
Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AFN.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahwanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, - bildirilib.