15 erməni hərbçisi öldü
Yanvarın 19-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kazarmasında baş vermiş yanğın nəticəsində 15 hərbçi həlak olduğu bildirilir. 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Geqarkunik vilayətinin Azat kəndində yerləşən mühəndis-istehkamçı rotasının kazarmasında hələ də məlum olmayan şəraitdə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlərin cəlb edilməsinə baxmayaraq, ölən və yaralananlar var.
M.Vahidli