Araik Azərbaycan rəsmisi ilə aparılan müzakirələrin məzmununu açıqladı


Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan Azərbaycan nümayəndəsi ilə ermənilər arasında aparılan danışıqlar barədə açıqlama verib.


AFN.az-ın xəbərinə görə, o, bildirib ki, yanvarın 15-də Rusiya tərəfinin vasitəçiliyi ilə mövcud vəziyyəti həll etmək üçün Azərbaycan tərəfi ilə əlaqə təşkil olunub. Görüş zamanı Laçın-Xankəndi uolunun açılması məsələsi müzakirə olunub. Araikin açıqlamasına görə, magistral yolun açılması məsələsinə dair razılıq əldə olunmayıb.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov da mətbuat konfransında belə bir görüşün keçirilməsindən və nəticə əldə etilməməsindən danışmışdı.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu