"Vladimir Putin Araik Arutunyanla görüşüb" - İDDİA


Rusiya Federasiyası Vladimir Putin Ermənistanda oluarkən qondarma rejimin rəhbəri Arayik Arutyunyanla görüşüb.


AFN.az-ın məlumatına görə, “Joxovurd” qəzeti belə yazlb.
“Görüş “Dvin” otelində baş tutub. Bu o deməkdir ki, Rusiya Federasiyası Vladimir Putin səviyyəsində Araik Arutyunyanı “Artsax”ın lideri kimi qəbul edir və ona güvənir. Baxmayaraq ki, “Artsax”ın Ruben Vardanyanın simasında yeni “dövlət naziri” var. Əldə etdiyimiz məlumata görə, görüş Vladimir Putin-Araik Arutyunyan formatında keçirilib”-deyə qəzet qeyd edir.
Bu məlumatı dəqiqləşdirmək üçün “Joqovurd” A.Arutunyanın iqamətgahına müraciət dib. Lakin oradan belə bir görüşün olması faktını kəskin şəkildə təkzib ediblər. “Arayik Arutyunyan bu günlərdə Artsaxda idi, sizin məlumatınız doğru deyil. Belə bir görüş olmayıb”,- Araikin ofisindən bildirilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu