"Çelsi" Ukraynaya 25 milyon dollar bağışlayacaq


Donetsk "Şaxtyor"u Mixaylo Mudrikin transferindən əldə olunan gəlirdən Ukrayna ordusuna 25 milyon dollar bağışlayacağını açıqlayıb.


AFN.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubu Ukrayna liqası komandalarından "Şaxtyor Donetsk"in 22 yaşlı hücumçusu Mikhailo Mudriki transfer etdiyini açıqlayıb. London komandası Mudriklə 8,5 illik müqavilə imzaladığını açıqlayıb. Transfer rəsmiləşdikdən sonra İngiltərə komandasının rəsmi saytına danışan Mudrik, "Çelsi"yə qoşulduğum üçün çox xoşbəxtəm. Bu, çox böyük bir klubdur və bu mərhələdə mənim karyeram üçün çox cəlbedici bir layihədir. Yeni komanda yoldaşlarımla tanış olmaqdan çox həyəcanlıyam. Qrem Potter və onun komandası ilə birlikdə özümü inkişaf etdirməyi səbirsizliklə gözləyirəm" - deyə açıqlama verib.

İngiltərə mətbuatında çıxan xəbərə görə, "Çelsi" "Şaxtyor Donetsk"ə 70 milyon avroluq transfer əvəzi ödəyəcək. Transferdən asılı olaraq, Ukrayna ordusuna dəstək üçün 25 milyon dollar ianənin ediləcəyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu