Ermənistanın XİN başçısı Vyanaya gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün, yanvarın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək.
AFN.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
O, ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak edəcək.
İkigünlük səfər çərçivəsində A.Mirzoyanın ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.