Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya səfər edəcək


Ermənistan Müdafiə Nazirliyinin və Təhlükəsizlik Şurasının nümayəndələri Rusiyanın paytaxtı Moskvaya gedəcəklər.


“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, həmçinin Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri də səfərdə iştirak edəcəklər.

Bildirilib ki, səfərin məqsədi KTMT-nin Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının iclasında iştirak etməkdir.

İclas oktyabrın 17-dən 19-dək keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu