Gənc xanımın Ərdoğanla olan fotosu təəccübləndirdi - VİDEO


Gənc tələbə Gülşen Taşoğlu Ərdoğanla çəkdirdiyi fotosu ilə təəccübləndirib.


AFN.az xəbər verir ki, 2023-cü ilin ilk gənclər toplantısını Antalyada keçirən prezident Rəcəb Tayyib Ərdoğana burada sənətçi Cengiz Kurtoğlu sürprizi edilmişdi. Daha sonra isə Muğlada kompüter proqramlaşdırma ixtisası üzrə təhsil alan tələbə Gülşen Taşoğlu 21 il əvvəl Ərdoğanla çəkdirdiyi foto ilə prezidenti təəccübləndirib.

Gülşen Taşoğlu, “Cənab Prezident, sizinlə gözəl bir xatirəm var və onu bölüşmək istəyirəm. Sizinlə 7-8 yaşım olanda çəkilmiş şəklimiz var” deyərək İzmir Evka-4 İdman Kompleksinin açılışı zamanı çəkilən həmin fotonu təqdim edib. Ərdoğanın cavabı da maraqlı olub. “Gülşən, sənin uşaqlığınla indiki halın bir-birinə heç bənzəmir” - deyən prezident gənc xanıma kompliment söyləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu