Fitnes məşqçisini küçənin ortasında güllələyərək öldürdü - ANBAAN VİDEO

Türkiyədə motosikleti ilə hərəkət edən fitnes məşqçisi Rəcəb Karakaya avtomobildən düşən şəxsin silahlı hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.
Boş sahədə qaçmağa çalışan Karakaya naməlum şəxs tərəfindən öldürülüb.
Həmin anlar mobil telefonla lentə alınıb. Avtomobilinə minərək hadisə yerindən qaçan şəxs yoxa çıxarkən, polis hələ də səbəbi məlum olmayan qətllə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.