Kimsəsiz kimi dəfn edilən şəhidimizin anası tapılıb - FOTOLAR


Uşaq evində böyüyən bir şəhidimiz var idi. Düz 5 ay morqda qaldı, yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi.


AFN.az xəbər verir ki, bu haqda şəhid mayor Vüsal Əliyevin qardaşı Elyar Əliyev bildirib. O qeyd edib ki, Rajapov Əmrah Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıbmış. Atası və anası Əmrah kiçik olanda öldüyü deyilsə də, sən demə hər ikisi sağ imiş: "İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq.
Həyatını qısaca anlatdı:
Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə-Ardahanda yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılıblar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edib Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədim yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı tiktokdan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir".
Şəhidin anası Türkiyədən çıxış qadağası olduğuna görə o zamandan indiyədək Azərbaycana gələ bilmədiyini deyib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu