Məşhur supermodelin ölüm səbəbi açıqlandı
Dünən vəfat edən 90-cı illərin məşhur supermodeli Tatyana Patitzin nümayəndəsi onun ölüm səbəbini açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Patitzin ağır xəstəlikdən sonra dünyasını dəyişdiyi məlum olub. Belə ki, supermodelin yaxını onun bir müddətdir ki, döş xərçəngi ilə mübarizə apardığını açıqlayıb.
Model Sindi Krouford, Kristi Turlinqton, Naomi Kempbell və Linda Evangelistanın da rol aldığı “Vogue” jurnalının üz qabığına çəkildikdən sonra dünya şöhrəti qazanıb. Bundan sonra Corc Maykl modelləri “Freedom” mahnısına çəkilən klipin çəkilişində iştirak etməyə dəvət edib. Həmçinin, Tatyana Patitz ən məşhur fotoqrafların hər zaman diqqət mərkəzində olub. O, bir gün əvvəl 56 yaşında dünyasını dəyişib.