ABŞ Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azad etməyə çağırıb


ABŞ Azərbaycanı müxalifət fəalları Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu dərhal azad etməyə çağırıb.


AFN.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinq zamanı bildirib.
“Biz Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən çox narahatıq. Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qəti sadiqik”-Prays belə deyib.
O əlavə edib ki, ABŞ bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarını, o cümlədən dinc ifadə hüququnu nəzərə almağa çağırır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu