“Mən “Tərtər işi”nə nağıl deməmişəm” - Xanlar Vəliyev


Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev növbəti dəfə “Tərtət işi” ilə bağlı danışıb.


AFN.az xəbər verir ki, o, Manset.az-ın suallarını cavablandırıb:

- Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?

- Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

- Bəs siz bir vaxtlar Tərtər hadisələrini “nağıl” adlandırırdız, nə baş verir? İndi reallığa çevrilib?

- Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni nağıl adlandırmamışam. Mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu, ola da bilməz.

- Bəs Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiz?

- Mən niyə üzr istəməliyəm, hansı səbəbə? Kim bunlar barədə danışır ondan soruşun, niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu