Bakıda 17 binanın istilik təminatında fasilə yaranıb
Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb.
AFN.az xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
"Bu gün saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib. Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq. Digər ərazilərdənsə, orta hesabla adi günlərdə olduğu qədər müraciət daxil olur. Əməkdaşlarımız bayram günlərində olduğu kimi, bu cür hava şəraitində də gücləndirilmiş rejimdə çalışır. Qrafikə və xarici hava temperaturuna uyğun olaraq qazanxanalarda istiliyin verilməsi artırılıb. Ümumilikdə, istiliyin verilməsi ilə bağlı heç bir ciddi problem yoxdur. Yaşayış və qeyri-yaşayış binalarının istiliklə təminatı davam etdirilir", - o qeyd edib.