Akif Əlizadə "Formula-1"-ə görə kabinetini dəyişdi- Otağında istilik bərpa edildi




Havaların soyuq keçməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin xahişi ilə Akademiya şəhərciyində istiliyin verilməsini bərpa edib.



Demokrat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb kimi Akif Əlizadənin soyuq otaqlarda çalışa bilməməsi və Bakıda keçirilən "Formula-1" yarışları ilə əlaqədar Rəyasət Heyətindəki iş yerinə gedib-gələ bilməməsi deyilir.

Bütün bunlara görə hazırda Akif Əlizadə xidməti avtomobili ilə AMEA-ya gəlib-gedir. Onun AMEA-nın əsas binasında, Akademiyanın Rəyasət Heyətində və Geologiya və Geofizika İnstitutunda iş otaqları var.

Sözügedən binalarda aprelin 15-də ümumrespublika üzrə dayandırılmış istilik verilişi Akif Əlizadəyə görə bərpa edilib.

Qeyd edək ki, müvafiq qaydalara görə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir. Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları istiliklə bu tarixlərdə təchiz olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu