Sevgilinizlə bu mövzulardan daha çox danışın: nəticədən razı qalacaqsınız


Sevgililər arasında danışılan mövzular həmişə maraq dairəsindədir. Bəzən güclü sevgi belə iki insan arasında ortaq mövzular olmayanda mənasız olur.


AFN.az xarici mediaya istinadən sevgilinizlə münasibətlərinizi maraqlı etmək üçün danışa biləcəyiniz mövzulardan bəhs edir. Yeni bir insanla söhbətə başlamaq təbii ki, həmişə asan olmur. Daha çox qadınların marağında olacaq məsləhətlərdə kişiləri cəlb edən mövzular əksini tapıb. Əgər siz sosial şəbəkələr üzərindən müsajlaşırsınızsa, təklif edəcəyimiz mövzulardan söz salsanız, söhbətiniz çox maraqlı keçəcək. Üstəlik, sizin aranızdakı sevgi bağları möhkəmlənəcək, qarşıdakı insan axtardığını tapmış olacaq.

İlk öncə idmandan danışmağa başlayın. Bu, onun sizə bağlanmasına səbəb olacaq ən başlıca mövzudur. Amma təbii ki, az sayda da olsa, kişilər arasında idmanla o qədər maraqlanmayanlar ola bilər. Bu zaman sizin köməyinizə ondan bilmədiyin bir şeyi söyləməsini xahiş etmək gələcək. Bu, onda sənin ondan daha az bildiyin qənaəti yaradacaq. Maraqları haqda da soruşduqdan sonra bu sualları verin:

- Ən çox sevdiyin və ən az sevdiyin söz hansıdır?

- Səni xoşbəxt etmək üçün nə qədər pul kifayətdir?

- İkinci evin olsaydı, harada olmasını istərdin?

- Ən çox nədən qorxursan?

- Futboldan başqa hansı idman növünü sevirsən?

- Burada (yaşadığı ölkə-red.) doğulmasaydın, harada doğulmaq istərdin?

- Dəniz, yoxsa meşə daha dincdir?

Bütün bu suallar sizin aranızda maraqlı söhbətə körpü salacaq və beləliklə, sevgiliniz sizinlə daha çox danışmağa cəhd edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu