Sovet hərbi abidələrinin ləğvinə 1 milyon avro veriləcək


“Estoniya hökuməti sovet hərbi abidələrinin sökülməsi üçün 1 milyon avroya yaxın vəsait ayırıb”.


AFN.az xəbər verir ki, bu barədə Estoniya hökumətinin mətbuat katibi Yevgeniya Vyarya açıqlama verib. “Hökumət, təhlükəsizliyi təhdid edən sovet hərbi abidələrinin ictimai məkandan köçürülməsi ilə bağlı tədbirlər üçün Müdafiə Nazirliyinin tabeliyində olan qurumlara 916 min 405 avro ayırıb”-deyə xanım Vyarya bildirib.
Məbləğ iki həftə əvvəl ayrılıb. 60 min avro əlavə vəsait isə abidələrin köçürülməsi üzrə işçi qrupunun fəaliyyətinin xərclərinin ödənilməsi üçün nəzərdə tutulub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu