Ötən il ekoloji qanun pozuntuları ilə bağlı tərtib edilən aktların sayı açıqlanıb


"Ötən il ərzində ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1 024 akt, 2 112 protokol tərtib olunub".


"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb: "4 milyon 662 min manat vəsaitin Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülməsi təmin edilib. 680 müddətli göstəriş verilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu