Merkelin keçmiş müşaviri illər sonra etiraf etdi: "Biz səhv etdik"


Almaniyanın keçmiş kansler Merkelin müşavirinin sözləri gündəm olub.


AFN.az xəbər verir ki, Almaniya mediasına danışan keçmiş məsləhətçi Kristof Heusgenin etiraf kimi sözləri qısa zamanda ölkədə bir nömrəli müzakirə mövzusuna çevrilib. Uzun illər Merkelin məsləhətçisi olmuş, 16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında işindən ayrılan Kristof Heusgen "Sonntag" qəzetinə açıqlamasına 2005-2017-ci illər arasında məsləhətçi olduğu müddətdə qəbul edilən qərarların bəzilərinin səhv olduğunu bildirib.
Rusiya ilə bağlı siyasətdə səhvlərə yol verildiyini etiraf edən keçmiş müşavir deyib: “Angela Merkelin dövründə imzalanmış “Şimal axını 2” layihəsi nəticəsində tamamlanan kəmərlə təbii qaz axmasa da, sonradan bunun səhv olduğunu gördük”.

2011-ci il martın 11-də "Fukusima" AES-də baş verən qəzadan sonra Merkel hökumətinin ölkədəki atom elektrik stansiyalarını mərhələli şəkildə bağlamaq qərarına gəldiyini deyən Heusgen bildirib ki, bu boşluğu aradan qaldırmaq üçün Moskva ilə “Şimal axını 2” təbii qaz kəməri layihəsinə imza atıldı: "Rusiya təbii qazı ən sürətli və ucuz həll yolu idi. Həm SPD, həm də iqtisadi qurumlar və təşkilatlar bu layihəyə tam dəstək verdilər. Lakin sonradan anladıq ki, bu layihəni imzalamaq səhv idi”.
2017-2021-ci illərdə Almaniyanın Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndəsi vəzifəsini icra edən və keçən il Münhen Təhlükəsizlik Konfransına sədrlik edən Heusgen Almaniyadan Ukraynaya Leopard tankları göndərməsini də istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu