Krım körpüsündə kilometrlərlə tıxac yaranıb - VİDEO


İşğalçılar Krım körpüsündə bütün avtomobilləri rentgen şüalarından istifadə edərək yoxlayırlar.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu səbəbdən girişlərdə və Krım körpüsünün özündə kilometrlərlə tıxac yaranıb. Bu barədə işğalçıların nəzarətində olan “Krımİnform” resursu və “Mash Telegram” kanalı məlumat yayıb. "Hər bir avtomobilin təhlükəsizlik yoxlanışı ilə əlaqədar böyük növbə yaranıb" deyə məlumatda bildirilir. Şahidlərin sözlərinə görə, iki saat ərzində avtomobillə maksimum 500 metr məsafə qət edib. "Mash Telegram" iddia edir ki, xüsusi zolaqdan yalnız hərbi maşınlar və sərnişin avtobusları buraxılır, digərlərindən isə ciddi yoxlamalara tabe olması tələb olunur.
Bu vəziyyətin yanvarın 21-dək - ilhaq edilmiş yarımadada "təhlükəsizlik tədbirləri" yumşaldılana qədər davam edəcəyi ehtimal edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu