Ukrayna gözəli cəbhədə evləndi - FOTOLAR


Ukraynalı gözəllik kraliçasının son paylaşımları sosial şəbəkələrdə yayılıb. İşıqlı həyatından əl çəkərək əsgərliyə gedən Yevgeniya Prokopenko cəbhə xəttində ailə quracağını açıqlayıb.


AFN.az "Posta"ya istinadən xəbər verir ki, Rusiyanın ölkəsini işğal etməsindən sonra cəbhəyə qatılan Ukraynanın keçmiş gözəllik kraliçası Prokopenko Putinə göndərdiyi mesajla gündəm olub. 2012-ci ildə "Ukrayna kraliçası" seçilən 35 yaşlı gözəl qadın Evgeniya Prokopenko "Putinlə görüşmək şansım olsa, onun haqqında deməyə sözüm yoxdur. Mənim cəmi bir gülləm hazırdır", - deyə ölkəsindəki faciələrin müəllifinə münasibətini açıqlayıb.
"Bunlar çox fərqli, əks iki həyatdır. Mülki həyatda mən tamam başqa şeylərlə məşğul olurdum. Mənim şəxsi işim var idi. Müharibədə isə kobud hərbi kostyum və dəbilqəm var. Burada mən cəbhədə feldşerəm. Mən yaralıları döyüş meydanlarından çıxarıram. İlkin tibbi yardım göstəririk. Əgər bir neçə ay əvvəl kimsə mənə Ukrayna Silahlı Qüvvələrində bunkerlərdə və ya zirzəmilərdə yatacağımı, yaralıları yanğından xilas edəcəyimi desəydi, heç vaxt inanmazdım. Həyatım kəskin şəkildə dəyişdi".

Maraqlıdır ki, bu gözəl qadın təmtəraqlı həyatından əl çəkərək cəbhəyə getsə də, müharibənin ortasında belə öz gözəlliyinin qayğısına qalmaqdan çəkinmir. Getdiyi yerdə makiyaj çantasını və ətrini özü ilə apardığını bildirən Prokopenko, "Hansı səngərdə oluramsa olsun, əsgər kürək çantamda həmişə güzgülü və ətirli makiyaj çantam olur" - deyə əlavə edib.

Əsgərliyə gedən ukraynalı gözəl bir müddət əvvəl sosial media hesabında paylaşdığı paylaşımda cəbhədə ərə getdiyini açıqlayıb. "Cənnətim cəhənnəmin ortasında! “Sevgilim və dünyam” sözləri ilə paylaşdığı fotoda həyat yoldaşı ilə görüntülənən Prokopenkonun gəlinliyi geyindiyi hərbi forma olub.

FAMİL










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu