12 arvadı, 102 uşağı, 568 nəvəsi var! Görün arvadlarına nə göstəriş verib...-FOTOLAR


Uqandada yaşayan 67 yaşlı fermerin 12 arvadı var. İlk evliliyini 16 yaşında edən kişi xanımlarına maraqlı göstəriş verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Uqandanın Bugisa şəhərində yaşayan 67 yaşlı fermer Musa Hasahya bir anda bütün dünyanın marağına səbəb olub. Fermerin 12 arvadı, 102 uşağı və 568 nəvəsi var. Hasahya ilk dəfə 1971-ci ildə 16 yaşında ailə qurub, iki ildən sonra bir qızı dünyaya gəlib.
Sonra ailəsini genişləndirmək istəyən kişinin ardıcıl evlilikləri olub və kiçik bir tayfaya bənzəyən ailəsi yaranıb. 12 yataq otağı olan böyük evdə yaşayan Hasahyanın açıqlamaları bir anda dünyanın gündəminə çevrilib. O, övladlarını nəvələrindən ayıra bilsə də, hamısının adını bilmədiyini etiraf edib. 6-51 yaş arası uşaqları olan kişi artıq onlara baxa bilməyəcəyini etiraf edib və dövlətdən kömək istəyib. Bütün övladlarının oxumasını istədiyini deyən Nasahya xanımlarına da göstəriş verib. "Uşaqlıq yaşında olan bütün həyat yoldaşlarıma ailə planlaşdırılmasına getməyi tövsiyə etdim" - deyə bildirib.
Hasahya bütün övladlarının sayına baxmayaraq, torpağın münbit olduğu vaxtlarda yaxşı dolandığını, heç bir problem yaşamadığını, illər keçdikcə gəlirlərinin azaldığını bildirib. “Mən böyüdükcə ailəm də böyüdü” - deyən kişi beynəlxalq mətbuatın diqqət mərkəzinə düşüb.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu