İsrail prezidentindən Türkiyə ilə bağlı paylaşım - VİDEO


İsrail prezidenti İsaak Hersoq sosial media hesabından türkcə mesaj paylaşıb.


AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, İsaak Hersoq mesajında ​​Türkiyənin Təl-Əvivdəki səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib. Herzoq bu gün İsrailin Ankaradakı səfiri İrit Lillianın prezident Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim etmək üçün getdiyi Prezident Kompleksində İsrail himni ilə qarşılanma mərasiminin görüntülərini də paylaşıb.

Hersoq türkcə bu sözləri paylaşıb: "Bu gün Ankarada Səfir İrit Lillian Prezident Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edərkən HaTikvahın (İsrail himni) yenidən dinlənilməsi çox təsirli oldu. Mən Türkiyə səfirinin etimadnaməsini qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu, İsrail-Türkiyə münasibətlərində irəliyə doğru böyük bir addımdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu