BMT Laçın dəhlizi ilə bağlı müraciət etdi


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ermənistan və Azərbaycanı Laçın dəhlizi ətrafında həll edilməmiş məsələləri dialoq yolu ilə həll etməyə çağırır.


AFN.az-ın məlumatına görə, ali komissar bu haqda özünün “Twitter” hesabında bildirib. “Biz təcili olaraq azad və təhlükəsiz davranışa, insan hüquqlarının qorunmasına və mülki şəxslərə mənfi humanitar təsirdən qaçmağa çağırırıq” - müraciətdə belə qeyd edilir.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on altı gündür davam edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu