Putinin heyrətamiz dərəcədə özünə oxşayan oğlu – Prezidentin neçə uşağı var?/FOTOLAR


Rusiya prezidenti Putin ailə işləri ilə bağlı danışmağı xoşlamır.


Rəsmi olaraq bir dəfə evli olmuş Putinin nikahdankənar əlaqələri barədə də söz-söhbətlər az deyil.



Putin öz rəsmi həyat yoldaşı Lyudmila ilə 30 il nikahda olub. Onlar 1982-ci ildə Arkadi Raykinin konsertində tanış olublar. Bir il sonra ailə qurublar. 1985-ci ildə böyük qızları Mariya doğlub. Adı ona nənəsinin şərəfinə qoyulub.



Bir il sonra isə ikinci qızı Yekatrina anadan olub. Putin Qərb liderlərindən fərqli olaraq ailəsi ilə bağlı danışmağı sevmir. Yeganə olaraq Putin müsahibələrində deyib ki, onun övladları heç vaxt xaricdə yaşamayıblar və onu baba statusu ilə şərəfləndiriblər.



Qərb KİV-ləri isə Putinin qızları barədə bir sıra məlumatları müəyyən edə bilib. Böyük qızı Mariya bir neçə il hollandiyalı Yorrit Yoost Fassenlə evli olub. Fassen “Qazprombank”ın top-meneceri olub. Belə bir fikir var ki, Putinin qızı bir müddət Niderlandın Vorsxoten şəhərində də yaşayıb. Bu isə Putinin dedikləri ilə ziddiyyət təşkil edir. Mariya endikrinologiya üzrə tibb elmləri namizədidir. Hazırda o, Moskva Endokrinoloqji Mərkəzində baş elmi işçi işləyir. Fəal şəkildə xeyriyyə fəaliyyəti ilə məşğuldur. Onun dəstək verdiyi Fond xəstə uşaqlara kömək edir.

Putinin kiçik qızı da boşanıb. Yekatrina Putinin qədim dostu Nikolay Şamalovun oğlu Kirill Şamalovla evli olub. Katerina fizika-riyaziyyət üzrə elmlər namizədidir. O, “Milli intellektual İnkişaf” Fonduna başçılıq edir.



Putinin gimnastika üzrə dünya çempionu Alina Kabayeva ilə romantik münasibəti barədə məlumatlar hələ 2008-ci ildən yayılırdı. O zaman prezident rəsmi nikahda idi. Putinin həyat yoldaşından ayırlmasının bir səbəbi kimi Kabayeva ilə münasibətlər göstərilir. Alina Kabayeva isə şəxsi həyatını və şaiyələri müzakirə etməkdən imtina edir.



İsveçrə KİV-lərinin məlumatına görə, Kabayevanın Putindən iki oğlu var. Birinci uşaq 2015-ci ildə özəl İsveçrə klinikalarından birində, ikincisi Moskvada 2019-cu ildə doğulub. KİV-ə sızmış fotodan görünür ki, Alinanın böyük oğlu heyrətamiz dərəcədə Putinə bənzəyir.

Azpost.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu