23 yaşlı gənc qızı otağında ölü tapdılar


Antalyada Əlaəddin Keykubat Universitetinin bank işi və sığorta fakültəsinin məzunu olan 23 yaşlı qız infarkt nəticəsində dünyasını dəyişib.

AFN.az İHA-ya istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Alanyanın Mahmutlar rayonunda gənc qızın dostları ilə qaldığı ünvanda baş verib. Əldə edilən məlumata görə, ötən il Alaaddin Keykubat Universitetinin Bank və Sığorta fakültəsini bitirən və dostları ilə qalmağa davam edən 23 yaşlı Əminə Karayılan səhər yeməyinə gəlmədiyi üçün rəfiqələri onun ardınca otağına daxil olublar. Qızlar Karayılanın hərəkətsiz olduğunu görüncə 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Evə gələn həkimlər gənc qızın öldüyünü təyin edib. Əminə Karayılanın cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Gənc qızın ürək xəstəliyinin olduğu öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu