Bakıda 15 yaşlı qızın hamilə olduğu bilinib
Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.
AFN.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) baş verib.
Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olması üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.
Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.