17 yaşlı hamilə qadınla bağlı araşdırma başladı
Bərdə rayonunda hamilə olan 17 yaşlı qadınla bağlı araşdırma aparılır.
Bir neçə gün öncə rayon xəstəxanasına 17 yaşlı hamilə qadın gətirilib. Onun Şatırlı kənd sakini, 2004-cü il təvəllüdlü Gülşən Ağayeva (şərti) olduğu müəyyən edilib.
Xəstəxanadan polisə verilən məlumat əsasında, onun 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı araşdırma başlanılıb.