İlon Maskın yerinə kim gəldi? - FOTO


Tvitteri 44 milyard dollara satın alan İlon Mask nəhayət CEO kreslosunu təhvil verib.


AFN.az "Haber Global"a istinadla xəbər verir ki, tvitterə qadın direktor təyin edilib.

Yeni CEO ABŞ-də televiziya sahəsində çalışan, eyni zamanda film və kitab yazarı olan Bess Kalbdır. Bess Kalb “The New Yorker” jurnalında jurnalist və televiziya proqramı aparıcısı kimi fəaliyyət göstərir.

Yeni vəzifəsi barədə Kalb tvitter hesabından paylaşım edib.

“Nəhayət, bəyan edə bilərəm: tvitterin yeni CEO-su olmaqdan qürur duydum. Açıq desəm, hələ də şokdayam. Çox həyəcanlıyam”, - deyə o qeyd edib.

Qeyd edək ki, o, nənəsi Bobbi Bellin həyatından bəhs edən kitabın müəllifidir.

Xatırladaq ki, daha öncə bu barədə danışan Mask “Twitter”də onu əvəzləyəcək şəxslə bağlı maraqlı ifadə işlətmişdi. “Yerimə keçəcək bir axmaq tapanda CEO vəzifəmi tərk edəcəm. Bundan sonra ancaq proqram təminatı və server komandalarını idarə edəcəm”, - deyə bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu