Dövlət qurumlarının internet resurslarında 380 boşluq aşkarlanıb


"Nazirlər Kabinetinin qərarına əsasən, ildə 2 dəfə dövlət qurumlarının auditi keçirilir".


Musavat.com xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov jurnalistlərlə görüşdə bildirib.

O qeyd edib ki, araşdırmalar zamanı dövlət qurumlarının internet resurslarında 380 boşluq aşkarlanıb: "Bununla bağlı həmin qurumlara müraciət olundu ki, o boşluqları aradan qaldırsınlar".

Tural Məmmədov əlavə edib ki, hazırda 730 dövlət qurumu domenə məxsusdur. Eləcə də qurumun sistemində 140-dan çox data mərkəzi saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu