Anusunda top gülləsi ilə xəstəxanaya getdi, bina partlama riskinə qarşı boşaldıldı - İLGİNC OLAY!!!
Fransanın cənub-şərqindəki Tulon şəhərindəki xəstəxanada nadir hadisə baş verib.
AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, 88 yaşlı kişi II Dünya müharibəsindən bəri düz bağırsağında qalan top gülləsi şikayəti ilə xəstəxananın təcili tibbi yardım xidmətinə müraciət edib. Şikayətin doğru olduğu aydınlaşdıqdan sonra xəstəxanada həyəcan siqnalı elan edilib, bina qismən boşaldılıb. Eyni zamanda minadan təmizləmə qrupları xəstəxanaya göndərilib.
"Euronews" xəbər verir ki, xəbəri təsdiqləyən xəstəxana rəhbərliyi Yann Le Bras, “Saat 21:00-23:30 arasında minadan təmizləmə qruplarının müdaxiləsini, böyük və uşaq təcili yardım xidmətlərinin təxliyyə edilməsini tələb edən hadisə baş verdi. Partlayış ehtimalına qarşı hər cür tədbir gördük. Biz alma, manqo, hətta ülgüc gördük. Biz olmamalı olduğu yerlərdə qeyri-adi əşyalar tapmağa öyrəşmişik. Amma top gülləsi? Heç vaxt!" - deyə məsələyə münasibət bildirib.
Əməliyyata alınan xəstənin düz bağırsağından 20 sm uzunluğunda və 5-6 sm qalınlığında top mərmisi müvəffəqiyyətlə çıxarılıb və mina təmizləmə qrupları bunun partlama riskinin olmadığına qərar verib. 88 yaşlı kişinin səhhətinin yaxşı olduğu bildirilir.