Təcili yardım helikopterləri alınsın, xəstələri çatdırmaq olmur - deputat
Deputat Qüdrət Həsənquliyev təcili tibbi yardım helikopterlərinin alınmasını təklif edib.
O, belə bir təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
"Bu gün təcili tibbi yardım helikopterlərinin olması daha vacibdir. Çünki paytaxta tıxaclar olduğundan təcili tibbi yardım maşını ilə xəstələri çox hallarda zamanında xəstəxanaya çatdırmaq olmur. Əgər helikopter olarsa, o zaman helikopterlərlə xəstələri vaxt itirmədən xəstəxanaya çatdırırlar. Vətən Müharibəsi dövründə yaralıları Badamdardakı helikopter meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar”, - deputat qeyd edib.
Deputat eyni zamanda xəstəxanalarda helikopter meydançalarının olmamasından da gilyeləndi. “Xəstəxanalarda helikopter meydançaları yaradılsa yaxşı olar”, - o bildirib.
Ölkə.az