İrəvanda zibillikdən külçə qızıllar tapıldı - Azərbaycandan aparıldığı istisna olunmur


İrəvandaKI mənzildə iki təmizləyicinin ümumi çəkisi 12,5 kq qızıl külçələr tapması faktı araşdırılır.


AFN.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yaylıb. Qeyd edilir ki, bu ilin oktyabr-noyabr aylarında iki qadın paytaxtın Orbeli küçəsində, o vaxt heç kimin yaşamadığı evdə mənzildə təmizlik işləri aparıb.
“İşi bitirdikdən sonra zibilləri qutuya atmaq üçün özləri ilə aparıblar. Zibilin həmişəkindən daha ağır olduğunu görən qadınlar maraqdan bağlamanı açıb və kağıza bükülmüş çoxlu qızılı rəngli metal külçələr görüblər. Bunun qızıl olduğuna əmin olan qadınlar külçələri öz aralarında bərabər bölüblər. Bundan sonra qadınlardan biri payını Kotayk rayonunun Proşyan icmasındakı mənzildə, digəri isə Razdan şəhərinin Avetisyan küçəsindəki evdə gizlədib”-məlumatda belə deyilir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində həmin vətəndaşlar 6 kq 860 qram və 5 kq 652 qram gizli qızılları könüllü olaraq təqdim ediblər. Məsələ ilə əlaqədar ekspertizalar təyin edilib, axtarışlar aparılıb, Ermənistan Polisinə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi tapşırılıb.
İstintaq davam etdirilir, işin hallarının, o cümlədən ümumi çəkisi 12,5 kq-a yaxın qızılın əldə edilməsinin mənbələrinin və qanunauyğunluğunun müəyyən edilməsi, cinayəti törədən şəxslərin əməllərinin qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.
İddia edilən cinayətdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs Ermənistanın Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun təqsiri sübuta yetirilməyənə qədər təqsirsiz sayılır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu